DÇ-2022-nin Portuqaliya – Azərbaycan oyununun Turindəki “Allianz Arena”ya təyin edilməsinin səbəbi bəlli olub.
Qol.az İtaliyanın “Tuttosport” nəşrinə istinadən xəbər verir ki, bu görüşün “Yuventus”un stadionunda keçirilməsinə komandanın hücumçusu Kriştiano Ronaldo təkid edib.
Məlum olduğu kimi, koronavirus pandemiyasına görə Portuqaliya rəqiblərini evdə qəbul edə bilmir. Bu səbəbdən matçın neytral meydanda keçirilməsi zərurəti yaranıb. Oyunun məhz Turində keçirilməsi təşəbbüsü də Ronaldoya məxsus olub. Bundan başqa, Portuqaliya millisi kapitanın vasitəsi ilə məşqlərini “Yuventus”un bazasında keçirəcək. Hazırlıq prosesinin martın 22-dən başlanacağı gözlənilir.
Qeyd edək ki, “Yuventus”un hücumçusu olan Ronaldo gündəlik məşqlərini burada keçirdiyindən meydana tam uyğunlaşıb. Bildirilir ki, Portuqaliya millisi Turində olduğu müddətdə bazanın yaxınlığındakı oteldə qalacaq.
Azərbaycan millisinə gəlincə, komandamızın Vinovoda yerləşən “Yuventus”a məxsus başqa məşq meydançasında hazırlıq keçəcəyi bildirilir. Orada adətən gənclər və qadınlardan ibarət komandalar məşq edir.
Xatırladaq ki, Portuqaliya – Azərbaycan görüşü martın 24-də keçiriləcək.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı