Serbiya yığmasının 3 futbolçusu DÇ-2022-nin seçmə mərhələsində millimizlə oyunu buraxa bilər.
Qol.az "Alo.rs" saytına istinadən xəbər verir ki, bunlar Fransa çempionatında "Renn"də çıxış edən qapıçı Predraq Raykoviç, "Strasburq"dan müdafiəçi Stefan Mitroviç və "Monpelye"nin yarımmüdafiəçisi Mixaylo Ristiçdir.
Bildirilib ki, Fransa hökumətinin pandemiya ilə bağlı tətbiq etdiyi məhdudiyyətlər səbəbindən sözügedən futbolçular millimizə görüşə buraxa bilər. Avropa Birliyinə daxil olmayan ölkələrdən Fransaya səfər edildikdə məcburi 10 günlük karantin tətbiq edilir. Bu isə o deməkdir ki, hər üç futbolçu Bakıdakı görüşdən sonra klublarına qayıdarkən karantinə alınacaq. Belə olacağı təqdirdə, onlar klublarının iki oyununu buraxmalı olacaqlar. Futbolçuların bu problemi yaşamaması üçün Serbiya yığmasının ilk iki matçında iştirakdan sonra Bakıya gələn heyətdən çıxarılması nəzərdə tutulur.
Qeyd edək ki, Serbiya millisi martın 24-də İrlandiyanı, 3 gün sonra isə Portuqaliyanı qəbul edəcək. Komanda martın 30-da Azərbaycanın qonağı olacaq.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı