"Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının 1/8 finalında "Latsio" ilə cavab matçını buraxacaq.
Qol.az "Sport1"ə istinadən xəbər verir ki, buna səbəb baş məşqçi Hans Diter Flikin 34 yaşlı qolkiperə istirahət vermək istəməsidir. Ona görə futbolçu komandanın səhər məşqində də iştirak etməyib. Sözügedən görüşdə isə Noyerin əvəzinə Aleksandr Nübel meydanda olacaq.
"Münhen" təmsilçisinə ötən ilin yayında keçən 24 yaşlı oyunçu komanda ilə cəmi 2 matça çıxıb. O, Almaniya kubokunun 1/32 finalında "Duren"lə görüşdə (3:0) və Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə matçda (1:1) qapını qoruyub.
Qeyd edək ki, sabah keçiriləcək "Bavariya" - "Latsio" qarşılaşması Bakı vaxtı ilə 00:00-da başlayacaq. Tərəflər arasında ilk matç Bundesliqa klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı