"Bavariya"nın prezidenti Karl-Hayns Rummeniqqe komandanın baş məşqçisi Hans Diter Flikin Almaniya millisini çalışdıracağı barədə yayılan məlumatlara münasibət bildirib.
Qol.az "Sport1"ə istinadən xəbər verir ki, o, 55 yaşlı mütəxəssisin Münhen təmsilçisindən vaxtından əvvəl ayrılmayacağını deyib:
"Onun işini vaxtından əvvəl tərk etməsi dəlilik olar. Flikin gələn mövsüm də məşqçimiz olacağına zəmanət veririk. O, həm oyunçu, həm də məşqçi kimi ən yaxşı vaxtlarını "Bavariya"da keçirib. Həmişə baş məşqçinin klubun ən vacib hissəsi olduğunu demişəm. Fliklə müqavilə imzaladığımız isə hamıya məlumdur. Yəni, onun komandadan ayrılması müzakirə belə edilmir. Biz Almaniya Futbol Birliyinin problemlərini həll etməyəcəyik. Düzü, mən məşqçi olsaydım və kimsə mənə "Bavariya"nın əvəzinə Almaniya millisini təklif etsəydi, buna cavab kimi sadəcə gülərdim".
Qeyd edək ki, Flik yığma üçün əsas namizədlərdən hesab edilir.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı