Portuqaliya millisinin DÇ-2022-nin seçmə mərhələ oyunlarına heyəti açıqlanıb.
Qol.az Portuqaliya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Fernando Santos Azərbaycan, Serbiya və Lüksemburqla matçlar üçün yığmaya 25 futbolçu dəvət edib.
Onlardan 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi, 7-si isə hücumçudur.
Qapıçılar: Antoni Lopes ("Lion", Fransa), Rui Patrisio ("Vulverhempton", İngiltərə), Rui Silva ("Qranada", İspaniya)
Müdafiəçilər: Joao Kanselo, Ruben Dias (hər ikisi "Mançester Siti", İngiltərə), Sedrik Soareş ("Arsenal", İngiltərə), Dominqos Duarte ("Qranada", İspaniya), Pepe ("Porto"), Joze Fonte ("Lill", Fransa), Rafael Gerrero ("Borussiya", Dortmund, Almaniya), Nuno Mendeş ("Sportinq")
Yarımmüdafiəçilər: Danilo Pereyra (PSJ, Fransa), Joao Palinya ("Sportinq"), Ruben Neves, Joao Moutinyo (hər ikisi "Vulverhempton", İngiltərə), Bruno Fernandeş ("Mançester Yunayted", İngiltərə), Renato Sançes ("Lill", Fransa), Serxio Oliveyra ("Porto")
Hücumçular: Bernardo Silva ("Mançester Siti, İngiltərə), Pedro Neto ("Vulverhempton", İngiltərə), Dioqo Jota ("Liverpul", İngiltərə), Kriştianu Ronaldo ("Yuventus", İtaliya), Rafa Silva ("Benfika"), Joao Feliks ("Atletiko", İspaniya), Andre Silva ("Ayntraxt", Almaniya)
Qeyd edək ki, Portuqaliya yığması seçmə mərhələnin ilk oyununu martın 24-də Turində Azərbaycan millisinə qarşı keçirəcək. Yığma martın 27-də Serbiyanın, 30-da isə Lüksemburqun qonağı olacaq.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı