"Qalatasaray"ın futbolçusu Mostafa Mohamedin çantası oğurlanıb.
Qol.az "Sabah"a istinadən xəbər verir ki, hadisə ötən həftə baş verib. 23 yaşlı hücumçu alış-veriş mərkəzinə gedib və orada içində pul qabı və sənədlərinin də olduğu çantası oğurlanıb. Daha sonra oradakı müşahidə kameralarına baxılsa da, hələ nə oğru taplıb, nə də çanta.
Xəbərdə sözügedən hadisə səbəbindən misirli futbolçunun millinin DÇ-2022-nin seçmə mərhələsindəki matçlarını buraxa biləcəyi də qeyd olunub. Oğurlanan çantanın içərisində oyunçunun xarici pasportu da olduğu üçün o, ölkəsinə səfər edə bilmir. Misir yığmasından dəvət gözləyən Mostafa passportu tapılmasa, oraya getməyəcək.
Qeyd edək ki, "Qalatasaray" Mostafa Mohamedi "Zamalek"dən icarəyə götürüb. Futbolçu bu mövsüm 8 matçda 6 qol vurub.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı