"Bavariya"nın futbolçusu Kinqsli Kuman cərimələnib.
Qol.az "Bild"ə istinadən xəbər verir ki, buna səbəb 24 yaşlı hücumçunun klubun məşqinə "Mercedes - G class" markalı avtomobili ilə getməsidir.
Qaydalara görə, Münhen təmsilçisinin əməkdaşlıq etdiyi şirkətlər arasında "Audi" avtomobil markası olduğu üçün futbolçuların və ya klub üzvlərinin digər markalı avtomobillərlə istisna hallar nəzərə alınması şərti ilə bazaya yaxınlaşması qadağandır. Oyunçular bu səbəbdən başqa markalı avtomobilləri klubun bazasından bir qədər kənarda saxlamalıdırlar. Kuman isə bazaya "Mercedes - G class"la gəldiyi üçün məşqə buraxılmayıb.
Xəbərdə bildirilir ki, belə qayda pozuntusuna görə fransalı oyunçu 50 min avro məbləğində cərimə ödəyəcək.
Qeyd edək ki, Kuman bu mövsüm 28 matçda 6 qol vurub və 13 qolun ötürməsini verib.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında