"Çelsi"nin baş məşqçisi Tomas Tuhel "Borussiya"dan (Dortmund) Erling Haalandı transfer edəcəkləri barədə yayılan məlumatlara münasibət bildirib.
Qol.az goal.com-a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis hələlik bu haqda düşünmədiklərini deyib:
"İndi hazırkı futbolçularımızdan başqa bir oyunçunu düşünməyimizin vaxtı deyil. Bizim çıxışından razı qaldığımız və daha yaxşı oynamağa çalışan futbolçularımız var. Onlara kömək etməyə çalışacağıq. Ümumilikdə isə mən xoşbəxtəm. Çünki biz yalnız qol vurmağı düşünmürük. Əlbəttə ki, qol vurmaq hər bir hücumçunu bir-birinə bağlayan şeydir. Yüksək səviyyəli futbolda bu, belədir. Oyunçularımızın daha çox qol vurmağı üçün yollar tapmağı gözləyirik. Onlara daha yaxşı şans yaratmaq üçün çalışmaqdan və həll yolları tapmaqdan heç vaxt əl çəkməyəcəyik".
Qeyd edək ki, "Çelsi"nin oyunçuları son 12 matçda toplam cəmi 13 qol vura biliblər. Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 51 xalla 4-cüdür.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında