"Ozan Kabakın oyunundan razıyam"

"Ozan Kabakın oyunundan razıyam"
XƏBƏR 14 Mart 2021 / 12:57 2140
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen Klopp klubun yeni transferi Ozan Kabakın oyunu haqda danışıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis Premyer Liqanın 34-cü turunda "Vulverhempton"la matçdan əvvəl keçirilən mətbuat konfransında deyib:

"Komandaya 20 yaşlı bir gənc futbolçu gətirirsiniz və ondan bütün problemləri bir saniyə ərzində həll etməsini gözləyirsiniz. Ona heç vaxt da vaxt vermirsiniz. Biz belə şeylərin bu şəkildə  görməmişik və görmürük də. Ozan komandaya gəldiyi ilk andan etibarən çox yaxşı oynayıb.

O, indiyə qədər ən yaxşı oyununu göstəribmi? Məncə, yox. Bu, mümkün də deyil. Ben Devies haqqında da belə şeylər danışırdıq. Amma Ozan gəldiyi vaxt dərhal oynamağa başlayıb. İndi isə komandaya uyğunlaşmağa çalışır. Ozanın çıxışından razıyam".

Qeyd edək ki, Ozan Kabak "mersisaydlılar"a bu il "Şalke"dən keçib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner