Ramos La Liqada ən çox qələbə qazanan ikinci oyunçu oldu

Ramos La Liqada ən çox qələbə qazanan ikinci oyunçu oldu
XƏBƏR 14 Mart 2021 / 10:33 2029
-  A +

La Liqanın 27-ci turunda "Elçe" ilə matç (2:1) "Real"ın kapitanı Serxio Ramos üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, 34 yaşlı müdafiəçi görüşdə iştirak etməklə yerli çempionatda  334-cü qələbəsini qazanıb. O, Madrid təmsilçisinin sabiq kapıçısı İker Kasilyası geridə qoyaraq (333), La Liqada ən çox qalib gələn oyunçular sırasında 2-ci yerə yüksəlib.

Bu göstərici üzrə ən yaxşı nəticə "Barselona"nın kapitanı Lionel Messiyə məxsusdur. 33 yaşlı hücumçunun aktivində 377 qələbə var.

Qeyd edək ki, Ramos bu mövsüm La Liqada 15 matça çıxaraq, 2 qol vurub.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner