Qurban Qurbanov Hondanın "Neftçi"yə transferindən danışdı

Qurban Qurbanov Hondanın "Neftçi"yə transferindən danışdı
XƏBƏR 13 Mart 2021 / 20:05 5566
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov yaponiyalı ulduz futbolçu Keysuke Hondanın "Neftçi"yə keçidinə münasibət bildirib.

Qol.az xəbər verir ki, o, belə böyük adların bizim futbolda hallanmasının müsbət məqam olduğunu deyib:

"İstər məşqçi, istər tanınmış futbolçu Azərbaycana gələndə marağa səbəb olur. Düzdür, hazırda oyunlarda azarkeş yoxdur, amma yenə də bunu müsbət hal kimi dəyərləndirirəm. Bu transfer onların iddialı olmasını göstərir. Ümumiyyətlə, belə legionerlərin Azərbaycanda olması hər bir komandaya xeyirlidir. Ən azı hər bir futbolçu oyunlara motivasiya ilə hazırlaşır".

 


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner