"Qəbələ"nin "Zirə" ilə 24-cü dueli

"Qəbələ"nin "Zirə" ilə 24-cü dueli
XƏBƏR 13 Mart 2021 / 19:17 625
-  A +

Qəbələ” Azərbaycan Premyer Liqasının 20-ci turunun ikinci günündə meydana çıxacaq.

Qol.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” öz meydanında “Zirə” ilə qarşılaşacaq. Milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsində keçiriləcək görüş iki rəqib arasında 24-cü duel olacaq. İndiyədək 9 qələbə qazanan “Qəbələ” eyni sayda heç-heçə edib və 5 dəfə uduzub. Bu qarşılaşmalarda 32 qol vuran komanda 21 top buraxıb. “Qırmızı-qaralar”ın “Zirə” ilə matçlardakı ən yaxşı bombardiri Aleksey Qaydır. Ukraynalı yarımmüdafiəçi 4 qola imza atıb. Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç, Stiven Monroz, Davit Volkov, Rövlan Muradov və Fernan Lopez 2 qola sevinib.

Premyer Liqa çərçivəsində baş tutan 21 görüşdən yeddisində 3, doqquzunda 1 xal əldə edən “qırmızı-qaralar” 5 dəfə məğlub olub. Komanda 25 qol vurduğu matçlarda 19 top buraxıb.

12-ci dəfə “Zirə”ni qəbul edəcək “Qəbələ” öz meydanında 5 dəfə qalib gəlib. Doğma divarlar arasında 5 heç-heçəsi olan komanda yalnız bir dəfə uduzub. Evdə 17 qol vuran futbolçularımız qapısından 8 top buraxıb.

Xatırladaq ki, sabah keçiriləcək “Qəbələ” - “Zirə” matçı saat 15:00-da başlayacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner