Qətər millimizlə matça heyəti açıqladı

Qətər millimizlə matça heyəti açıqladı
XƏBƏR 13 Mart 2021 / 13:06 1958
-  A +

Qətər millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
 
Qol.az xəbər verir ki, baş məşqçi Feliks Sançes Lüksemburq, Azərbaycan və İrlandiya ilə matçlara 28 futbolçu çağırıb.
 
Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna müsabiqədənkənar daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq və yekun sıralamada nəzərə alınmayacaq.
 
Qətər yığması martın 24-də Lüksemburq, martın 27-də Azərbaycan, martın 30-da isə İrlandiya seçməsi ilə üz-üzə gələcək. Oyunlar Macarıstanın Debretsen şəhərindəki “Nadyerdei” stadionunda baş tutacaq.




Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər