"Real"ın baş məşqçisi Zinəddin Zidan kapitan Serxio Ramos haqqında danışıb.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis 34 yaşlı müdafiəçi barədə deyib:
"Ramos xüsusi bir futbolçudur. İstəyi var, oynamağa davam etmək istəyir. Əlbətdə ki, hər il indiki kimi yaxşı hiss edirsə, 40 yaşına qədər oynaya bilər. Bunu bacaracağını hiss etməsi yaxşıdır, amma ilbəil necə olacağına baxacağıq. Futbolçu karyerasını nə vaxt bitirəcəyinə özü qərar verir. Bunun üçün xüsusi bir yaş yoxdur. Müqaviləsinin yenilənməsinə gəldikdə isə nə olacağını bilmirəm. Bir məşqçi kimi onun burada qalmasını istəyirəm. Çünki bizim üçün vacib bir oyunçudur. Qalmasını və oynamağa davam etməsini istəyirəm".
Qeyd edək ki, Ramosun mövsümün sonunda "Real"dan ayrılacağı gözlənilir.
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video