"Barselona"nın baş məşqçisi Ronald Kuman bu mövsümün sonu Kataloniya klubunu tərk edə bilər.
Qol.az "Cadena Ser"ə istinadən xəbər verir ki, bu, komanda La Liqa çempionu olmayacağı təqdirdə, baş verəcək. Bildirilib ki, "Barselona"nın yeni prezidenti Joan Laporta "Leyptsiq"in baş məşqçisi Yulian Naqelsmannanı niderlandlı mütəxəssisin əsas əvəzləyicisi hesab edir. Laporta Kumana hörmət edir, lakin 33 yaşlı çalışdırıcının Kataloniya təmsilçisinin başında daha yaxşı nəticələr əldə edə biləcəyinə inanır. Eyni zamanda komanda bu mövsüm İspaniya çempionu olarsa, Kuman "Barselona"da qala bilər.
Qeyd edək ki, 57 yaşlı mütəxəssis ötən ilin avqustundan Kataloniya klubunu çalışdırır. Onun rəhbərliyi altında komanda La Liqada 26 oyundan sonra 2-ci pillədədir. "Barselona" lider "Atletiko"dan 6 xal geri qalır.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu