“Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmağımız münasibəti ilə ilk növbədə komanda yoldaşlarımı və texniki heyətimizi təbrik edirəm. Əlbəttə, Moldova ilə son görüşümüz çox çətin keçdi. Rəqib həqiqətən yaxşı oynadı".
Qol.az xəbər verir ki, bu sözləri futzal millimizin üzvü Tyaqo Bolinya azfutzal.az-a açıqlamasında deyib.
Moldova ilə matçın asan keçmədiyini deyən hücumçu bundan sonrakı görüşlərdə də qalib gəlməli olduqlarını bildirib: "Bizim üçün vacib olan nəticə idi, onu da əldə etdik. Moldovaya qarşı Bakıda daha yaxşı oynamışdıq. Hakimlərin də müəyyən qədər onlara simpatiyası var idi.
Hazırda birinci pillədə yer almışıq. İndi qalan iki oyunda qələbə qazanmalıyıq ki, həm yerimizi təmin edək, həm də maksimum xal toplayaq. Yəni bizim üçün mübarizə başa çatmayıb. Yəqin fikirləşən olacaq ki, məqsədimizə çatmışıq, qalan matçları zəif keçirəcəyik. Qətiyyən elə olmayacaq. Slovakiya ilə onların meydanındakı oyunumuz bilirik ki, çox çətin keçəcək.
İndi Bakıda hər kəs bizim uğurumuzdan məmnundur. Azarkeşlərimizi təbrik edirəm. Pandemiya ilə əlaqədar zallara tamaşaçı buraxılmasa da, bilirəm ki, Azərbaycanda bizi sevənlər çoxdur. Biz də onları bu uğurla sevindirdiyimizə görə şadıq.
Təbii ki, final mərhələsi çətin keçəcək. Ancaq ona qədər hələ 2 rəsmi oyunumuz var. Bu mərhələ başa çatdıqdan sonra həlledici mərhələ haqda fikirləşmək olar. Mütləq şəkildə yaxşı hazırlıq keçməliyik”.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu