Xəbər verdiyimiz kimi “Sumqayıt”ın çalışdırıcısı Ayxan Abbasov Premyer Liqada 100-cü oyununu keçirib.
Qol.az klubun "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, bu münasiblətlə prezident Riad Rəfiyev və əsas komandanın heyəti bugünki məşqdən öncə baş məşqçini təbrik edib. Rəfiyev Ayxan Abbasova “Sumqayıt”ın “100” nömrəli idman geyimini hədiyyə edib.
Qeyd edək ki, Ayxan Abbasov Premyer Liqada keçirdiyi 100 oyunda 35 qələbə, 30 heç-heçə və 35 məğlubiyyət əldə edib. Baş məşqçi kimi debütü 2017-ci il yanvarın 29-na təsadüf edən çalışdırıcı Premyer Liqada iki kluba rəhbərlik edib. O, 2017-18-ci illərdə “Zirə”ni 44, 2018-ci ildən indiyədək “Sumqayıt”ı 56 qarşılaşmaya çıxarıb.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi