"Bavariya"nın son iki məşqini buraxdı

"Bavariya"nın son iki məşqini buraxdı
XƏBƏR 11 Mart 2021 / 16:01 1504
-  A +

"Bavariya"nın futbolçusu David Alaba komandanın növbəti oyunlarını buraxa bilər.

Qol.az "Bild"ə istinadən xəbər verir ki, avstriyalı müdafiəçi əzələsindən zədə alıb. Bu səbəbdən o, Münhen klubunun son iki məşqini buraxıb. 28 yaşlı oyunçunun zədəsi ciddi olub-olmadığı hələlik məlum deyil.

Qeyd edək ki, bundan əvvəl D.Alabanın bu mövsümün sonunda "Bavariya"dan ayrılacağı məlum olmuşdu.

Xatırladaq ki, Münhen təmsilçisi Bundesliqada şənbə günü "Verder"lə qarşılaşacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner