"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "İnter Mayami"yə keçə bilər.
Qol.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb. Bildirilib ki, tərəflər artıq əlaqə saxlayıblar. 36 yaşlı hücumçunun bu yay transfer pəncərəsində Devid Bekhemin klubuna keçəcəyi gözlənilir.
Portuqaliyalı futbolçunun Turin təmsilçisi ilə müqaviləsi isə 2022-ci ilin yayına qədərdir. Nəşr yazıb ki, o, "Yuventus"un Çempionlar Liqasının 1/8 finalında "Portu" səddini keçə bilməyərək mübarizəni dayandırmasından sonra komandasını dəyişdirmək fikrinə düşüb. Həmçinin klub da Ronaldonun transferinin əleyhinə deyil. Çünki "Yuventus" ona böyük məbləğdə- illik 31 milyon avro maaş ödəyir.
Qeyd edək ki, Ronaldo bu mövsüm 32 matça çıxaraq, 27 qol vurub və 4 qolun ötürməsini verib.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer