UEFA-nın qərarına əsasən, 2021/22 mövsümündən Avropada Konfrans Liqası (KL) adlı yeni turnirin keçirilməsinə başlanacaq. Bu, səviyyəsinə görə qitənin üçüncü klub turniri olacaq.
Turnirdə UEFA-ya üzv 55 milli assosiasiyanın hər biri təmsil olunacaq. Artıq Azərbaycanda mövsümün finiş xəttinə yaxınlaşdığını və mövzunun aktuallığını nəzərə alaraq, KL ilə bağlı bəzi mühüm məqamları yenidən oxucularla bölüşmək istəyirik.
UEFA prezidenti Aleksander Çeferin bildirir ki, yeni turnir avrokubokları heç vaxt olmadığı qədər daha maraqlı edir. Onun sözlərinə görə, bundan sonra oyunları sayı artacaq, qrup yarışlarında daha çox ölkə təmsil olunacaq. Bu turnirin yaradılması ilə heç bir ölkə üçün kvota azaldılmayacaq. Mükafatların məbləğində də ciddi dəyişiklik gözlənilmir.
Avropa Liqasında yoxuq
İlk öncə diqqəti ona yönəldək ki, KL-in yaranması ilə yeni mövsümdən Azərbaycan Avropa Liqasında təmsil olunmayacaq. Ona görə də bəzi klublarımızın məşqçiləri və nümayəndələri texniki səhvdən qaynaqlansa belə, “hədəfimiz Avroliqadır” kimi ifadələri artıq unutmalıdırlar. Çünki ən azı yaxın bir neçə ildə daxili çempionatda 2-3-cü yerləri tutmaq və kuboku qazanmaq xətti ilə həmin yarışda oynamaq hüququmuz olmayacaq. Bunun səbəbi isə Avropada reytinqimizin aşağı olmasıdır. Yeni mövsümdən etibarən Avropa Liqasına yalnız UEFA reytinqində ilk 15 yeri tutan ölkələrin klubları buraxılır. Hazırda isə Azərbaycan həmin reytinqdə 26-cıdır.
Ümumiyyətlə, bu yaydan Avroliqada ilkin, birinci və ikinci təsnifat mərhələləri ləğv olunur, yarış üçüncü mərhələdən başlayır. Bu mərhələyə artıq qeyd edildiyi kimi, TOP-15-də olan ölkələr, eləcə də Çempionlar Liqasının ikinci raundunda uduzan komandalar buraxılır (bura isə UEFA reytinqində 15-ci pillədən başlayaraq daha aşağı yeri tutan ölkələr də daxildir). Yəni əgər Azərbaycan çempionu ÇL-in ikinci mərhələsində uduzsa, mübarizəni Avropa Liqasında üçüncü mərhələdən davam etdirəcək. Yox, əgər çempionumuz ÇL-də birinci mərhələdə dayanarsa, bu halda Konfrans Liqasının ikinci raundundan çıxış etməyə başlayacaq.
İyuldan başlayırıq
Azərbaycan kubokunun qalibi, 2-ci və 3-cü yeri tutan komandalar (kubokun qalibi həm də 2 və ya 3-cü yeri tutarsa, bu halda 4-cü yer) Konfrans Liqasına 2-ci mərhələdən qoşulur. ÇL və AL-dən fərqli olaraq, KL-in qrupuna heç bir ölkəyə daxili çempionat yolu ilə birbaşa vəsiqə verilmir. Nisbətən aşağı reytinqli ölkələrin (29-55-ci yerlər) iştirakı ilə yarış birinci mərhələdən başlayır. İkinci, üçüncü və pley-off mərhələləri oynandıqdan sonra 32 komandadan ibarət 8 qrup formalaşdırılır. Əgər Azərbaycan çempionu Avropa Liqasının pley-offuna qədər gəlib orada uduzsa, bu halda Konfrans Liqasında qrupa vəsiqə qazanacaq.
Qrupda 1-ci yeri tutan komandalar birbaşa 1/8 finala vəsiqə qazanır.
Qrup 2-ciləri isə 1/8 finaldakı digər 8 vəsiqə uğrunda Avroliqada 3-cü yeri tutan komandalarla pley-off oyunları keçirir.
Konfrans Liqasının qalibi mükafat və yeni mövsümdən Avropa Liqasının qrupunda birbaşa oynamaq hüququ əldə edir (əgər daxili çempionat yolu ilə Çempionlar Liqasına vəsiqə qazanmayıbsa). KL-ə iyulun 8-i birinci mərhələnin oyunları ilə start verilir. 2-ci mərhələdən yarışa başlayacaq Azərbaycan klublarının ilk oyunları 22 və 29 iyulda olacaq. İlk final isə 2022-ci ilin mayın 25-də Albaniyanın Tirana şəhərində keçiriləcək.
Konfrans Liqası ÇL və AL-ə necə təsir edəcək?
Çempionlar Liqasında heç bir dəyişiklik olmayacaq. Avropa Liqasında isə qrupda yarışacaq komandaların sayı 48-dən 32-ə, qrup sayı 12-dən 8-ə endiriləcək (ÇL-də olduğu kimi) və hər birində 4 komanda oynayacaq. Beləliklə, UEFA-nın üç turnirinin hər birində 32 komanda, 8 qrupda yarışacaq. AL-də qrup qalibləri 1/8 finala birbaşa vəsiqə əldə edəcəklər. 2-ci yeri tutanlar isə ÇL-də 3-cü olan komandalarla digər 8 mükafat uğrunda pley-off matçları keçirəcəklər.
Qol.az
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo