Löv istefa qərarından danışdı

Löv istefa qərarından danışdı
XƏBƏR 10 Mart 2021 / 20:39 2816
-  A +

Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv bu il keçiriləcək Avropa çempionatından sonra vəzifəsindən istefa vermək qərarını şərh edib.

Qol.az xəbər verir ki, 61 yaşlı mütəxəssis "Sport1"ə açıqlamasında deyib:

"Martda keçiriləcək beynəlxalq oyunları, eləcə də Avropa çempionatının keçirilməsini səbirsizliklə gözləyirəm.

Milli komandanı tərk etməyim məşqçilik karyeramı bitirməyəcək. Çünki meydandakı oyunçularla çalışmaqdan, gündəlik işdən zövq alıram. Futbolçularla bir-bir məşq etməyi sevirəm.

Azarkeşlərimizi sevindirmək və Avroa çempionatında uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm. Bütün komandanın bunu istədiyini bilirəm".

Qeyd edək ki, Löv 2006-cı ildən Almaniya yığmasını çalışdırır.


Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner