Rumıniyanın “Dinamo” klubu “Styaua” ilə matçdan sonrakı dopinq-test zamanı qanında kokain tapılan Maqaye Qeyenin durumu barədə danışıb.
Qol.az-ın yaydığı xəbərə görə, klubun idman direktoru Marius Nikolae Rumıniya mətbuatına bildirib ki, hazırda seneqallı futbolçu şok vəziyyətindədir. “O, dopinq testin nəticəsini bildikdən sonra şoka düşüb. Matçdan bir neçə gün əvvəl gecə əyləncəsində olub. Bu, indiki gənclər üçün yaxşı dərsdir”. Marius Nikolae Qeyenin bu hərəkətini qınadıqlarını bildirib.
Qeyd edək ki, dopinq-testin nəticəsi müsbət olduğundan Qeyenin ən azı bir neçə ay futboldan uzaqlaşdırılacağı gözlənilir.
Xatırladaq ki, Maqaye Qeye 2019/20 mövsümündə “Qarabağ”da oynayıb. Ötən ilin iyununda Ağdam klubu futbolçu ilə 2 illik müqaviləni qarşılıqlı razılaşma ilə ləğv edib.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil