Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin Moldova – Azərbaycan oyunundan (3:5) sonra Azərbaycan millisinin müdafiəçisi Eduardo Borqes Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.
- Oyun niyə bu qədər çətin keçdi?
- Həqiqətən də ağır qarşılaşma oldu. Əhval-ruhiyyəmiz yaxşı idi, sırf oyuna köklənmişdik. Rəqib də boş dayanmırdı. Çalışırdı evdə oynamağı üstünlüyə çevirsin. Uşaqlar yaxşı oynadılar. Bu, idmandır, əsas olan isə nəticədir. Əgər məğlub olsan, heç kim əlini sıxmayacaq, təbrik etməyəcək. Yaxşı oynayıb uduzmaqdansa, pis oynasan belə, qələbə qazanmağın daha vacibdir. Bizim üçün 3 xalı lazım idi, bunu da bacardıq.
- Amma baş məşqçi komandanın oyuna yaxşı köklənmədiyini bildirdi.
- Məncə, uşaqlar istəkli idilər, oyuna foks olmuşdular. Çətin bir qarşılaşma oldu. Ancaq yekunda hamımız istədiyimiz nəticəni qazandıq və buna görə məmnunuq. İndi rəqiblər bir-birini yaxşı tanıyır. Onlar da hər gün məşq edirlər, hazırlaşırlar. Bizdə alınmaya-alınmaya 5 qol vurduq, Moldova futzalçıları isə cəmi 3 dəfə bizi cəzalandırdılar. Deməli, biz onlardan daha yaxşı oynamışıq. Həm də nəzərə alaq ki, biz Bakıda yox, fərqli zalda oynayırdıq.
- Oyunun keçirildiyi zalda artıq 3 məşq keçmişdiz. Adaptasiya ilə bağlı problem vardı?
Biz 3 məşq keçdik, Moldova millisi isə hər gün bu zalda hazırlaşır. Onlar daha yaxından bələddirlər zala, örtüyə. Bu baxımdan 3 gün azdır. Həm də birinci hissənin 10 dəqiqəsi tamam olanda bizim passivimizdə artıq 5 cərimə xalı var idi. Maksimum ehtiyatlı tərpənməli, düzgün sığortalamalı idik bir-birimizi. Kənardan asan görünsə də, meydanda bunu etmək çətindir.
- Artıq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etdik. Qalan oyunlarda hədəf nə olacaq?
- Biz hələ işimizi başa çatdırmamışıq. Son oyuna qədər mübarizəmizi davam etdirəcəyik. Əvvəlcə birinci pilləni təmin etməliyik. Üstəlik, oyunumuzu inkişaf etdirməliyik. Arxada qalan sgörüşlərdəki əhvlərimizi aradan qaldırmalıyıq. Final mərhələsinə vəsiqə qazandıq, əla. Deməli, məqsədə nail olduq. Ancaq mübarizə davam edir, iki oyundan da maksimum xal toplamalıyıq.
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi
Millətlər Liqası: Lüksemburq və Latviya C Liqasında qaldılar
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər