“Herta”nın hücumçusu Kşiştof Pyentek etiraf edib ki, onun “Milan”dan ayrılması Zlatan İbrahimoviçin bu kluba qayıtması ilə əlaqədardır.
Qol.az “Prawda Futbolu” nəşrinə istinadla xəbər verir ki, 25 yaşlı polşalı hücumçusu müsahibəsində deyib:
“Mənim “Milan”dan ayrılmağımın səbabkarı İbrahimoviçdir. Ardıcıl 5-6 oyunda ehtiyatda oturacağımı təsəvvür edə bilmərəm. İbra oynayanda meydanı yalnız zədələnəndə tərk edir. Onun gəlişindən sonra mən A seriyasında bir neçə görüşdə bir dəqiqə belə oynamadım. Mənə İtaliya kubokunda şans verildi, onda da qol vurdum və bir qolun ötürməsini etdim. Buna baxmayaraq, mən yenidən ehtiyatda qaldım. Ola bilər ki, səbrim çatmadı. Amma həmin məqamda düşündüm ki, “Milan”dan getmək ən doğru qərar olar”.
Qeyd edək ki, Polşa millisinin futbolçusu olan Pyentek 2019-cu ilin yanvarında “Milan”a keçib. Cəmi 1 il sonra isə “Herta”ya transfer olunub. O, hazırkı mövsümdə Almaniya çempionatında 24 matçda 6 qol vurub, 1 qolun ötürməsini verib.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil