Azərbaycan Premyer Liqasının 19-cu turu “Qarabağ”ın üç futbolçusu üçün yubileylə əlamətdar olub.
Qol.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Zirə” ilə səfər matçı (2:0) Filip Ozobiç, Xayme Romero və Abbas Hüseynovun yubiley oyunu kimi tarixə düşüb.
2018-ci ilin yayından Ağdam klubunda çıxış edən Ozobiç 75-ci dəfə “Qarabağ”ın formasını geyinib. O, çempionatda 47, kubokda 4, avrokuboklarda 24 dəfə meydana çıxıb. Xorvatiyalının debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı görüşündə (1:0) reallaşıb. Yarımmüdafiəçi 75 matçda 22 qol vurub.
Ağdam klubuna bir il sonra gələn Xayme 50-ci dəfə “Qarabağ” forması geyinib. İspaniyalı legioner bu müddətdə 26 çempionat, 4 kubok və 20 avrokubok qarşılaşmasında şans qazanıb. Onun ilk matçı 2019-cu il iyulun 10-da Albaniyada “Partizani”yə qarşı olub. Çempionlar Liqasının görüşü qolsuz bitib. Romero 11-ci qolunu “Zirə”nin qapısından keçirib.
Legionerlə müqayisədə daha tez - 2017-ci ilin yayında “Qarabağ”a keçən Abbas Premyer Liqada 50-ci dəfə meydana çıxıb. 2017-ci il avqustun 11-də “Neftçi” ilə səfər görüşü (3:1) onun klubundakı ilk çempionat matçı olub. Abbas 4 mövsüm ərzində 1 qola imza atıb.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil