“Bavariya”nın baş məşqçisi Hans-Diter Flik böyük ehtimalla Almaniya millisinə rəhbərlik edəcək.
Qol.az “Bild” nəşrinə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis “Avro-2020”dən sonra millinin baş məşqçisi vəzifəsinə əsas namizəd sayılır.
Almaniya Futbol İttifaqı bu yay Avropa çempionatından sonra Yoahim Lövün millidən ayrılacağını açıqlayıb. Bundan sonra milliyə əsas namizəd kimi iki mütəxəssis – Flik və Yurgen Klopp hesab edilsə də, “Liverpul”un çalışdırıcısı komandasından getmək niyyətində olmadığını söyləyib. Ona görə də əgər Flik millinin baş məşqçisi olmaq istəsə, bu vəzifənin ona veriləcəyi ehtimalı yüksəkdir.
Qeyd edək ki, Flikin rəhbərliyi altında “Bavariya” son iki ildə Çempionlar Liqasının kuboku da daxil olmaqla altı titul qazanıb.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil