Premyer Liqanın 19-cu turunun “Neftçi” – “Keşlə” oyunu (3:1) tarixi qolla əlamətdar olub.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, meydan sahiblərinin görüşdə vurduğu 3-cü top “ağ-qaralar”ın rəqibinin qapısından keçirdiyi 100-cü qol olub. Bu, komandalar arasında Azərbaycan çempionatları tarixindəki 65-ci matça təsadüf edib. “Bakcell Arena”dakı oyunadək “Keşlə”nin qapısından 97 top keçirən “Neftçi”nin 100-cü qoluna Namiq Ələsgərov imza atıb.
Bu, ölkə çempionatları tarixində ilk belə hadisədir. İndiyədək heç bir komanda eyni rəqibə 100 və ya daha çox qol vurmayıb. Ölkənin ən titullu klubunun “Keşlə” ilə görüşlərdəki orta məhsuldarlığı 1,54-ə bərabərdir.
Müxtəlif illərdə “Xəzər Universiteti” və “İnter” adlanan indiki “Keşlə” ilə matçlarda “Neftçi”nin ilk qolu 1999/2000 mövsümünə təsadüf edib. 1999-cu il noyabrın 7-də səfərdə qazanılan 3:2 hesablı qələbə zamanı “Xəzər Universiteti”nin qapısına ilk topu 5-ci dəqiqədə hazırda “Keşlə”də çalışan Zaur İsmayılov vurub.
Qeyd edək ki, bu komandaların oyunlarında “Neftçi” 35 qələbə qazanıb. 63 qola imza atan “Keşlə” 15 dəfə qalib gəlib, eyni sayda matçda heç-heçə qeydə alınıb.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer
Qattuzonun yeni iş yeri açıqlandı
"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə"də - Yenilənib
"Jirona"da yeni baş məşqçi