“Keşlə” Azərbaycan çempionatlarında 550-ci qolu buraxıb.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, bu qola Premyer Liqanın 19-cu turunda “Neftçi”nin futbolçusu Namiq Ələsgərov imza atıb. 1:3 hesabı ilə uduzan “Keşlə”nin buraxdığı son top yubiley qolu olub. Bu, 1999/2000 mövsümündən ölkə çempionatında “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən komandanın 584-cü görüşünə təsadüf edib. Bakılılar hər oyunda orta hesabla 0,94 qol buraxıb. Bu toplardan 215-i evdə, 335-i səfərdə buraxılıb.
“Keşlə” Azərbaycan çempionatlarında 550 və daha çox qol buraxan 5-ci komandadır. Yalnız “Turan” (690), “Kəpəz” (654), “Neftçi” (637) və “Qarabağ” (634) daha çox qol buraxıb.
Qeyd edək ki, paytaxt təmsilçisi ilk qolu 1999-cu il oktyabrın 29-da “Şəfa” ilə ev matçında (0:1) buraxıb. Bu qola Emin İmaməliyev imza atıb.
“Milan”da qalır
Adarabioyo “Tottenhem”də
Argentina “10” nömrəsini kimə həvalə edəcək?
Növbəti matça sabiq baş məşqçi ilə çıxacaqlar
"Qalatasaray"dan sonra İtaliya klubuna keçə bilər
Azərbaycan millisi 1/8 finalda dayandı
"Sabah" braziliyalı futbolçu transfer etdi
O da milli karyerasını başa vurdu
“Roma” A Seriyasına rekordla başladı
"Qarabağ"dan gedər-getməz qol vurdu, komandası qalib gəldi
"Bayer"ə qayıtdı
Polşa klubundan Emreliyə xüsusi diqqət - Video