Namiq Ələsgərov “Neftçi”nin heyətində 25-ci qolunu vurub.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının 19-cu turuna təsadüf edib. “Keşlə” ilə ev matçında hesabı açan yarımmüdafiəçi paytaxt təmsilçisində 25-ci dəfə fərqlənib. Namiq sonradan penaltidən yararlanmaqla qol sayını 26-ya çatdırıb. Ələsgərov buna 115-ci matçında nail olub. O, bu qollardan 23-nü Premyer Liqada, 2-ni Azərbaycan kubokunda, 1-ni Avropa Liqasında vurub.
2016/17 mövsümündən “Neftçi”də çıxış edən Namiq ilk qolunu da “Keşlə”yə vurub. O, 2017-ci il fevralın 9-dakı səfər görüşündə fərqlənib. Həmin matçda da “Neftçi” indiki kimi 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Neftçi” “Keşlə” ilə matçda 3:1 hesablı qələbə qazanıb.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer
Qattuzonun yeni iş yeri açıqlandı
"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə"də - Yenilənib
"Jirona"da yeni baş məşqçi