Avropa çempionatının seçmə qrup mərhələsində növbəti oyununu Moldova yığmasına qarşı keçirəcək Azərbaycan millisi hazırlığını Kişinyovda davam etdirir.
Qol.az xəbər verir ki, komandamız dünən iki məşqdə iştirak edib. Əsasən taktiki planda çalışmalara üstünlük verən millinin baş məşqçisi Joze Alesio Da Silva axşam çalışmasından sonra azfutzal.az-a açıqlama verib:
“Atmosfer yaxşıdır. Sadəcə, səfərlə əlaqədar uşaqlarda yorğunluq var idi. Bunu xüsusilə də səhər məşqində hiss etmək olardı. Sanki, yuxulu idilər. Amma axşam hazırlığı zamanı fərqli ab-hava izlədik. Oyunçularım daha istəkli və həvəsli idilər. Heyətdə ciddi zədəsi olan futzalçı yoxdur. Bu da bizi sevindirən cəhətdir”.
Baş məşqçi Bakıda Moldova ilə keçirilən görüşdə sarı vərəqə alaraq cəzalı duruma düşən Rafael Vilelanın yoxluğuna görə çətinliyin olacağını, amma fərqli taktiki variantlar üzərində işlədiklərini də gizlətməyib: “İlk üç oyunda iki “4-lük” müəyyənləşdirmişdik. Bu dəfə fərqli olacaq. Çünki Vilela sarı vərəqə limitini doldurduğuna görə, cəzalı duruma düşüb. Əlbəttə, hər bir oyunçunun yoxluğu bizim üçün problem yarada bilər”. Alesio bu boşluğu doldurmaq üçün fərqli sxem üzərində işlədiklərini deyib: “Hazırda oyunçularımızın hamısı yaxşı formadadır. Rafael bizə çox kömək edirdi, ancaq cəzalı olduğuna görə, əlimizdə olan oyunçularla onun yoxluğunu hiss etdirməməliyik. Məşqlərdə də bunun üzərində işləyirik. Məncə, ciddi çətinlik yaşamarıq”.
O, hər iki komandanın bir-birini yaxşı tanıdığına görə, müəyyən dəyişikliyin qaçılmaz olduğunu gizlətməyib: “Cəmi 3 gün əvvəl qarşılaşmışıq. Hər iki komanda bir-birini yaxşı tanıyır. Buna görə də müəyyən dəyişiklik edəcəyik. Müdafiədə fərqli oynayacağıq, məşqdə də onun üzərində işlədik. Nə etmək istəyirik, edə biləcəyikmi, suallarına aydınlıq gətirdik”.
Millinin baş məşqçisi komanda üçün hər cür şəraitin yaradıldığını, heç bir problemlə üzləşmədiklərini vurğulayıb: “Kişinyovda bizim üçün yaxşı şərait yaradılıb. Zal əla vəziyyətdədir, qaldığımız otel yüksək səviyyədədir, oyunçuların da məşqlərə ciddi, istəkli və həvəslə yanaşması məmnunluq yaradır. Təbii ki, maksimum nəticə qazanmaq üçün mübarizə aparacağıq. Xal itkisi haqda düşünmürük. Qələbə qazanmalı, xal ehtiyatımızı artırmalıyıq. Açığı, riyazı hesablamalar aparmırıq. Qrupun son matçına qədər qələbə qazanmaqla bağlı məqsədimiz dəyişməyəcək”.
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi
Millətlər Liqası: Lüksemburq və Latviya C Liqasında qaldılar
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər