Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqə turnirində bu gün Azərbaycanın son 3 cüdoçusu tatamiyə çıxıb.
Qol.az xəbər verir ki, onların hamısı kişilərin mübarizəsinə qatılıb. 90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev ilk görüşündə qırğızıstanlı Erlan Şerovu 3 dəqiqəyə ipponla məğlub edib. Onun 1/8 finalda rəqibi böyük britaniyalı Maks Stüart olub. Azərbaycanlı cüdoçu bu qarşılaşmanı 1 dəqiqə 57 saniyəyə ipponla başa vurub. O, 1/4 finalda finlandiyalı Klen Kristofer Kalyulaidi sınağa çəkib. Rəqibinə 2 dəqiqə 11 saniyəyə qalib gələn Mehdiyev yarımfinala vəsiqə qazanıb.
Finala gedən yolda rəqib özbəkistanlı Davlat Bobonov olub. Mehdiyev 3 dəqiqə ərzində 3 cərimə xalı alaraq, məğlubiyyətlə üzləşib. Lakin o, bürünc medal görüşündə özbəkistanlı Şerməhəmməd Jandreyevi yenməyi bacarıb.
100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri 1/16 finalda italiyalı Vinçentso D Arkonu 2 dəqiqə 38 saniyəyə ipponla yenib. Onun növbəti rəqibi rusiyalı Anton Krivobokov olub. Kokauri bu dəfə 1 dəqiqə 18 saniyəyə ipponla qələbə qazanıb. Gürcüstanlı legioner 1/4 finalda finlandiyalı Martti Puumalaynenə rəqib olub. Bu dəfə Azərbaycan təmsilçisinə qələbə üçün cəmi 43 saniyə kifayət edib.
Kokaurinin yarımnfinalda rəqibi yaponiyalı Kokoro Kaqeura olub. Görüş Kaqeuranın 2 dəqiqə 37 saniyəyə ippon hesabına qələbəsi ilə yekunlaşıb. Gürcüstanlı legioner bürünc medal görüşündə cənubi koreyalı Minjonq Kim ilə üz-üzə gəlib. Görüş Kimin qələbəsi ilə yekunlaşıb. Kokauri Böyük Dəbilqəni 5-ci pillədə başa vurub.
100 kq çəkidə Aslan Mirzəyev 1/16 finala təsadüf edən ilk görüşündə monqolustanlı Otqonbatar Lxaqvasurenə uduzaraq, mübarizəni dayandırıb.
Böyük Dəbilqə
7 mart
90 kq
1/16 final. Məmmədəli Mehdiyev - Erlan Şerov (Qırğızıstan)
1/8 final. Məmmədəli Mehdiyev - Maks Stüart (Böyük Britaniya)
1/4 final. Məmmədəli Mehdiyev - Klen Kristofer Kalyulaid (Finlandiya)
1/2 final. Məmmədəli Mehdiyev - Davlat Bobonov (Özbəkistan)
Bürünc medal görüşü: Məmmədəli Mehdiyev - Şerməhəmməd Jandreyev (Özbəkistan)
100 kq
1/16 final. Aslan Mirzəyev - Otqonbatar Lxaqvasuren (Monqolustan)
+100 kq
1/16 final. Uşanqi Kokauri - Vinçentso D Arko (İtaliya)
1/8 final. Uşangi Kokauri - Anton Krivobokov (Rusiya)
1/4 final. Uşangi Kokauri - Martti Puumalaynen (Finlandiya)
1/2 final. Uşangi Kokauri - Kokoro Kaqeura (Yaponiya)
Bürünc medal görüşü: Uşangi Kokauri - Minjonq Kim (Cənubi Koreya)
Beləliklə, 71 ölkədən 497 (296 kişi, 201 qadın) cüdoçunun qatıldığı Böyük Dəbilqəni Azərbaycan millisi 2 medalla başa vurub. Məmmədəli Mehdiyevdən əvvəl Rüstəm Orucov (73 kq) da bürünc medal qazanıb.
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi
Millətlər Liqası: Lüksemburq və Latviya C Liqasında qaldılar
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər