"Real"ın futbolçusu Toni Kroos klubdakı gələcəyindən danışıb.
Qol.az goal.com-a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasına Madrid təmsilçisində son vermək niyyətində olduğunu deyib:
"Hər oyunda bütün varlığımla oynamağa çalışıram. Ünvanına çatmayan verdiyim hər ötürmə məni bezdirir. Mükəmməlik üçün çalışıram. Baxmayaraq ki, ideallıq əl çatmazdır. Uzun illər bu cəhətdən işləmişəm. Hələ də davam edirəm. Karyeramı "Real"da bitirmək istəyirəm.
Qeyd edək ki, Kroos bu mövsüm La Liqada 22 matça çıxaraq, 2 qol vurub və 6 qolun ötürməsini verib.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil