“Azadam! Şərti olsa da azadlıqdayam. İlk gündən deyirdim ki, günahsızam. Dayanmadan təkrarlayırdım ki, terrorçu deyiləm, olmamışam və heç vaxt olmayacam”.
Qol.az xəbər verir ki, bu fikirlər “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimova məxsusdur.
Ötən ilin martında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunan Mənsimov "Feysbuk" səhifəsində fikirlərini açıqlayıb: “Hər zaman sözümlə və əməlimlə dövlətimin yanında olmuşam və bundan sonra da olacam. Heç kim və heç nə məni bu yoldan döndərmək gücündə deyil. Bu günə qədər dəstək məktubları, zəngləri, mesajları, ən kiçik işi ilə belə yanımda olan hər kəsə təşəkkür etmək istəyirəm.
Analar, bacılar, qardaşlar dostlarım! Hər birinizi bir daha tanıdım, hər birinizin süvgisini gördüm və hiss etdim. Əlbəttə, çox çətin və çox yorucu bir dövr yaşadıq. Gah sevindik, gah da kədərləndik. Gərgin anlarımız da oldu. Amma təki bütün çətinliklərin sonu gözəl olsun, İnşallah. Haqq qazansın, şər-böhtan deyil. Satqınları və xəyanətkarları isə Allaha tapşırıram. Dualarınız bizimlə olsun!”
Mənsimov bildirib ki, 12 aylıq ayrılıqdan sonra artıq ailəsinin əhatəsindədir: “Atam və anam üçün çox darıxmışdım. Ailəm, övladlarım üçün çox darıxmışdım. “Palmali” ailəsi üçün çox darıxmışdım. Ayrıca 350 gün yanımdan 1 gün də ayrılmayan mənə inananlara, xüsusilə haqqımı savunan vəkillərimə təşəkkürümü bildirirəm. Mənə inandınız, məni qorudunuz, 350 gün sirdaşım oldunuz”.
M.Mənsimov “Xəzər Lənkəran” Futbol Klubunun yaradıcısı və sahibi olub.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer
Qattuzonun yeni iş yeri açıqlandı
"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə"də - Yenilənib
"Jirona"da yeni baş məşqçi
Arbeloanın yeni klubu məlum oldu
“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşdi - Rəsmi
Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
"Real"ın yetirməsi "Araz-Naxçıvan"da
"Xankəndi" üç futbolçu ilə yolları ayırdı
Skaloni: "Messi oyuna qoşulanda hamının enerjisi artır"
“Zirə”nin rəqibi xal itirdi
İspaniya millisinin məşqi yarımçıq dayandırıldı
Ronaldonu geridə qoydu, Klozeyə çatdı