Qvardiola futbolçuların milliyə getməsinə qarşı çıxdı

Qvardiola futbolçuların milliyə getməsinə qarşı çıxdı
XƏBƏR 6 Mart 2021 / 13:29 1103
-  A +

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola mart ayında Premyer Liqada yaranacaq fasilə zamanı futbolçuların milli komandalara buraxılmasına qarşı çıxıb.

Qol.az ESPN-ə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis deyib:

"Məncə, pamdemiya şəraitində bizim oyunçuların milli komandalara getməsinin mənası yoxdur. Çünki qayıdanda 10 gün karantində qalmalıdırlar. Mövsüm ərzində çox çalışmışıq və yığmaların oyunlarına görə fasilədən sonra ən vacib hissə başlayır. Milli komandalara görə isə ən əsas 6-10 futbolçu 10 gün oynaya bilməyəcək. Bu səbəbdən də oyunçular milli komandalara getməyəcəklər. Əgər qayıdanda dərhal klubla məşqlərə qayıtmaq imkanı yaransa, o halda gedəcəklər".

Qeyd edək ki, milli komandaların matçlarına görə fasilə martın 24-dən 31-dək davam edəcək. Premyer Liqada iştirak edən futbolçular yığmalara getsələr, İngiltərəyə qayıdanda 10 gün karantində qalmalı olacaqlar.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi