"Arsenal" mənim komandam olmaqdan çox uzaqdır"

"Arsenal" mənim komandam olmaqdan çox uzaqdır"
XƏBƏR 6 Mart 2021 / 12:58 1524
-  A +

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandanın hazırkı durumundan danışıb.

Qol.az goal.com-a istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis bu sözləri deyib:

"Arsenal" hazırda mənim komandam olmaqdan çox uzaqdır. Hətta çox-çox uzaqdır. Amma hələ də inkişaf etdirə biləcəyimiz şeylər var. Qərar vermək məsələsində daha təmkinli, üstünlüklər əldə edəndə isə çox sürətli olmalıyıq.

Oyunu daha çox nəzarətdə saxlamalı, rəqib meydanında daha çox müdafiə olunmalıyıq.

Turnir cədvəlindəki yerimiz isə qəbuledilməzdir. Çünki biz "Arsenal"ıq.

Qeyd edək ki, "Arsenal" Premyer Liqanın turnir cədvəlində 37 xalla 10-cudur.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner