Avropa çempionatının seçmə mərhələsində dünən növbəti oyununu keçirən Azərbaycan millisi inamlı qələbə qazanıb.
Qol.az xəbər verir ki, Bakı İdman Sarayında əldə edilən 5:1 hesablı qələbədə Moldova millisinin qapısından 2 topu komandamızın hücumçusu Bolinha keçirib. Görüşlə bağlı Azərbaycan Futzal Federasiyasının saytına açıqlama verən forvard nəticədən məmnunluğunu gizlətməyib:
“Moldova ilə oyunda çox yaxşı nəticə qazandıq. Ancaq buna çətinliklə nail olduq. Xüsusilə də birinci hissənin əvvəli əziyyətli keçdi. İstənilən halda, çıxışımızı bu şəkildə davam etdirməliyik. Aydın məsələdir ki, bunun üçün ağır məşqlər keçirik. Amma bunu etməsək də, məqsədimizə nail ola bilmərik”.
Cari seçmə mərhələdə vurduğu qolların sayını 3-ə çatdıran hücumçunun xüsusilə də Moldova yığmasına vurduğu sonuncu qol diqqət çəkib. Məhz onun zərbəsi ilə matça yekun vurulub: “Bu oyunda iki qol vurdum, məhsuldar ötürmə verdim. Əlbəttə, buna görə çox məmnunam. Hücumçu kimi üzərimə düşəni etməyə çalışdım. Amma nəticəni komanda şəklində qazanırıq. Komanda yoldaşlarımın hamısını təbrik edirəm. Vurduğum ikinci qol maraqlı alındı. Vaxta baxmadım, zərbəni vurduqdan sonra oyunun başa çatdığını bildirən qonq səsləndi. Yenə deyirəm, milliyə kömək edə bildiyim üçün şadam”.
Tyaqo bu rəqiblə 4 gün sonra keçiriləcək oyunun daha çətin keçəcəyini vurğulayıb: “Səfərdəki oyun burdakı görüşdən çətin keçəcək. Çünki bu dəfə biz qonaq qismində meydana çıxacağıq. Moldova millisi isə doğma meydan amilindən istifadə etməyə çalışacaq. İstənilən komanda öz meydanında daha motivasiyalı olur. Yaxşı köklənməli, diqqətli olmalı, üstünlüyümüzü əldən verməməliyik. Hər epizodu qola çevirməliyik. Biz hər zamankı kimi qələbə qazanmaq üçün meydana çıxacağıq. Komandanın qarşısına konkret məqsəd qoyulub. Buna nail olmaq üçün maksimum çalışmalıyıq”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı