Hamşik klubunu dəyişir

Hamşik klubunu dəyişir
XƏBƏR 5 Mart 2021 / 12:58 1864
-  A +

Çinin “Dalyan İfan” klubunda çıxış edən Marek Hamşik komandadan ayrılacaq.

Qol.az ESPN-ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi klubla müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edəcək. Slovakiyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

Onun “Slovan”la müqavilə imzalayacağı bildirilir. Artıq tərəflərin hərtərəfli razılığa gəldikləri qeyd olunub. 

Hamşik 2007-2019-cu illər aralığında “Napoli”də çıxış edib. Slovakiya millisinin kapitanı 2019-cu ildə Çin klubuna keçib.


Son xəbərlər