“Qələbə qazanacağımıza inanırdıq. Komanda şəklində əla oynadıq. Uşaqlar əllərindən gələni etdilər ki, uğur qazanaq. Məncə, yekun istədiyimiz kimi oldu”.
Qol.az xəbər verir ki, bu sözləri futzal üzrə milli komandamızın üzvü Hadi Ahmadi Avropa çempionatının seçmə mərhələsində Moldova yığmasına qalib gəldikləri oyundan (5:1) sonra federasiyanın rəsmi saytına açıqlama verib:
Oyunda həq qol vuran, həm də məhsuldar ötürmə ilə yadda qalan hücumçu hesabın oyuna görə olduğunu bildirib: “Oyunun əvvəlində bir qədər çətinlik çəkdik. Rəqib pressinq edirdi. Ancaq uşaqlar baş məşqçinin tapşırdığı kimi oynadı. Biz qol vurduqca, onlar açılmağa başladılar. Yəni müdafiə olunmağı hücum etməklə əvəzlədilər. Bu da bizim işimizə yaradı. Hesab da oyuna görə oldu”.
Millidə ilk qolunu vuran hücumçu bunu Allahın lütfü hesab edib: “Azərbaycan millisinin forması ilə ilk qolum idi. Bu Allahın bir lütfu, hədiyyəsi oldu. Qələbəni yalnız mənim vurduğum qol qazandırmadı. Komanda olaraq əziyyət çəkdik, mübarizə apardıq və yekunda məqsədimizə nail olduq. Baş məşqçi də mənə daha çox şans verdi”.
Məhsuldar ötürmə ilə də yadda qalan forvard fərqlənməyin daha çətin olduğunu qabardıb: “Qol vurmaq daha çətindir. Həm də həmin anda düzgün qərar qəbul etmək vacibdir. Əgər səndən daha yaxşı mövqedə komanda yoldaşın varsa, niyə ötürmə etməyəsən. Komanda oyununda fərd olaraq özümüzü deyil, kollektivi düşünməliyik”.
Ahmadi cavab oyununa da 3 xal qazanmaq üçün gedəcəklərini deyib: “Səfərdəki oyun daha çətin keçəcək. Rafael Vilela da cəzalı vəziyyətə düşüb və bu görüşdə iştirak etməyəcək. Çətinlik yarada bilər, ancaq digər komanda yoldaşlarım da yaxşı formadadırlar. Bu şəkildə oyunumuzu davam etdirsək, Kişinyovdan da qələbə ilə dönəcəyik və bu yarışı zirvədə başa vuracağıq”.
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi
Millətlər Liqası: Lüksemburq və Latviya C Liqasında qaldılar
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi