“Əvvəldə bir qədər çətinlik yaşadıq. Ancaq oyuna başlayan “dördlüy”ümüz yaxşı müdafiə olundu. Əslində, həmin “dördlük” güclü oyunçularımızdan qurulub. Onlar tapşırıqları yerinə yetirdilər”.
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futzalçısı Fineo De Araujo Moldova ilə Avropa çempionatının seçmə qrup oyunundan (5:1) sonra azfutzal.az-a açıqlamasında deyib.
İlk qolun müəllifi bütün topların ikinci "dördlük" tərəfindən vurulduğunu xatırladıb. O, dəyişikliyin oyunu daha da inkişaf etdirdiyini vurğulayıb: “İkinci “dördlük” də işinin öhdəsindən gəldi. Müdafiə ilə bərabər, hücumlar qurduq. Nəticədə hesabı açdıq. Əlbəttə, bu qələbə komanda əməyinin məhsuludur”.
Hücumçu millidə sonuncu qolunu illər əvvəl yoldaşlıq matçında vurduğunu, dönüşünü yenidən qolla qeyd etməyin isə psixoloji baxımdan əlavə üstünlük qazandırdığını bildirib: "Latviya ilə yoldaşlıq oyununda qol vurmuşdum. Ondan sonra zədələndim, toplanışlarda və millinin görüşlərində iştirak edə bilmədim. Əlbəttə, dönüşünü qolla qeyd etmək müsbət emosiya yaradır. Bu səviyyəyə çatmağımda millinin həkiminə, fizioterapevtinə təşəkkür edirəm. Baş məşqçi şans verdi və mən də üzərimə düşəni etdim".
Araujo “hesabla oyun düz mütənasib təşkil edirmi” sualına belə cavab verib: “Təbii ki, hər bir oyundan əvvəl görüşə maksimum konsantrasiya olmağa, rəqibi kiçiltməməyə çalışırsan. Moldovanın xüsusən Slovakiya ilə oyunda qollu heç-heçə etməsi bizi də düşündürürdü. Top fərqinin bu qədər olması asan qələbə qazandığımız anlamına gəlməməlidir. Ancaq bir neçə epizod oldu ki, onları da qola çevirməli idik”.
Moldova ilə növbəti oyun haqqında da nikbin danışan futzalçı diqqətli olmağın vacibliyini vurğulayıb: “Rafael Vilela cəzalı vəziyyətə düşüb, bizim üçün çətin olacaq. O, həqiqətən də güclü oyunçudur. Fərqli görüş olacaq. Biz bu dəfə qonaq qismində meydana çıxacağıq. Bakıdakından da yaxşı oynamalıyıq. Məqsəd isə dəyişməyəcək – səfərdən 3 xalla dönməliyik”.
Qeyd edək ki, millimiz Moldova ilə martın 9-da səfərdə qarşılaşacaq.
“Bavariya”dan xal itkisi
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi
Yevlaxda vurulan 4 qol - Video
Azərbaycan millisi İraqa qalib gəldi
Perkons “Zirə” ilə heç-heçəni şərh etdi
"Sumqayıt" - "Sabah": Heyətlər
Rəşad Sadıqov: “Qəribə hadisələr baş verir”
Mərkəzi oyunda qalib müəyyənləşmədi
Millətlər Liqasında 1/4 finalın püşkü atıldı
Azərbaycan millisi ərəblərlə qarşılaşacaq
"Real" Kurtua ilə müqaviləni uzatdı - Rəsmi
PSJ-də yeni müqavilələr olacaq
Azərbaycanın güləş millisi Gürcüstanda çempion oldu
"İmişli" - "Zirə": Heyətlər açıqlandı
Yayda "Liverpul"dan ayrılmaq istəyir
Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
Satışa çıxarılan “Lester”lə bağlı yeni qərar
Dünən əsgər marşı, bu gün azarkeş nidası…
Premyer Liqanın yeni mövsümünün başlama tarixi açıqlandı
“Mançester Yunayted” 4 azarkeşini cəzalandırdı
MLS-in ən çox qazananları
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov