Ukraynanın "Minay"ının əslən azərbaycanlı hücumçusu Anatoli Nuriyev "football24.ua" saytına müsahibə verib.
Qol.az xəbər verir ki, o, müsahibə zamanı penaltiləri düzgün yerinə yetirməsi haqda danışıb: "Aşağı liqalarda heç vaxt penaltini boşa verməmişəm. Ardıcıl 14 zərbəmin hamısı dəqiq olub. Bunun xüsusi bir sirri yoxdur. Bəzən topu qapıçıya tərəf vururam, bəzən də küncləri nişan alıram. Topa yaxınlaşırsan və qərar verirsən. Bu, psixologiyadır. Bu mövsüm Premyer Liqada 2 penaltidən yararlana bilməmişəm. Bundan sonra eyni əminlik olmadı".
24 yaşlı hücumçu 11 metrlik cərimə zərbələrini "Yuventus"un futbolçusu Kriştiano Ronaldo kimi yerinə yetirmədiyini də söyləyib: "Yəqin, mənim əsas hiyləm budur. Heç vaxt topu Ronaldu kimi bir küncə vurmuram. O, tez-tez sol küncü nişan alır, bəzən isə sağı seçir. Mən isə mərkəz, sağ və sol küncləri hədəf alıram".
O, Azərbaycanla bağlılığı haqda verilən sualı da cavablandıb. "Ulu babam Azərbaycanda anadan olub. Əvvəlcə Kiyevə, sonra isə buraya - Zakarpatyeyə gəliblər. Babam və atam isə burada dünyaya gəliblər".
Qeyd edək ki, Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin Azərbaycan millisinə cəlb olunması istiqamətində sənədləşmə işləri davam edir.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video