Azərbaycanda fəaliyyət göstərən bir qrup azarkeş qrupunun tərkibinə daxil olduğu Azərbaycan Azarkeşlər Birliyi Operativ Qərargaha müraciət edib.
Qol.az xəbər verir ki, müraciət zamanı azarkeşlərin oyunlarda iştirakını limitli şəkildə belə olsa, bərpa edilməli olduğu bildirilib:
"Bildiririk ki, hazırda COVİD-19 virusunun Azərbaycan ərazisində yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərərgahın qərarlarına uyğun olaraq Azərbaycan Respublikası ərazisində rəsmi futbol oyunları azarkeşsiz keçirilməkdədir. Bu hal 2019-2020-ci il mövsümünün ikinci dövründən etibarən ölkə daxilində azarkeşlərin ən çox marağına səbəb olan Azərbaycan Premyer Liqasına və Azərbaycan Kuboku oyunlarına da şamil edilməkdədir. Virusa yoluxan şəxslərin statistikasında azalmanı və ölkə boyu vaksinləmə prosesinin başlamasını nəzərə alaraq, azarkeşlərin oyunlarda iştirakını limitli şəkildə belə olsa, bərpa edilməli olduğunu düşünürük. Yaxın beş il ərzində oyunların statistikasına baxdıqda orta hesabla hər turda keçirilən oyunlarda iştirak edən azarkeş sayının 500 nəfər olduğunu görmək olar. Stadionların azarkeş tutumunun 20 faizini təşkil etməklə həyata keçirilə bilər. Bunun üçün təklif edirik ki, oyundan öncə azarkeşlərin istiliklərinin yoxlanılması, tibbi maskadan istifadə olunma, ara məsafəsinin gözlənilməsi şərti ilə yoluxma riskini azaltmaq və azarkeşlərin iştirakını təmin etmək olar. Stadiona buraxılacaq şəxslərin kimliyi öncədən futbol klubları və azarkeş qrupları ilə razılaşdırılmaqla həyata keçirilə bilər. Stadionlarda oturacaqların açıq havada yerləşdiyini, sadalanan görüləcək tədbirlərdən sonra yoluxma riskinin ictimai nəqliyyatda və ya kafe-restoranlarda virusa yoluxma riskindən daha az olacağını nəzərə alsaq azarkeşlərin də stadiona buraxılmasının adekvat addım olacağını düşünürük.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Bozqurd” (Turan Tovuz FK), “Forza Neftçi” (Neftçi PFK), “Xəmsə” (Kəpəz Gəncə PFK), “İmarət” (Qarabağ FK), “Kimyaçılar” (Sumqayıt FK), “Qarabağ Ordu” (Qarabağ FK), “Old Wolf” (Keşlə FK), “Red-black Army” (Qəbələ FK), “Sector 11” (Milli komanda), “Yenilməz Batalyon” (Zaqatala FK) azarkeş qruplarının adından ölkə üzrə mövcud futbol turnirlərinin azarkeşlərin iştirakı ilə keçirilməsinin təmin edilməsini sizdən xahiş edirik".
Argentina millisi Avstriyaya qalib gəldi - Yenilənib
FİFA hakimləri aşağı liqaya göndərildi
Cənubi Koreya yığmasından radikal qərar
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
Demiçelis bu klubu çalışdıracaq
"İmişli" yeni hücumçu transfer etdi
“Zirə”nin “Torpedo” ilə oyunları: harada və nə vaxt?
“Sabah” - TNS oyunlarının vaxtı açıqlandı
“Qarabağ”ın Avroliqadakı oyunlarının vaxtı müəyyənləşdi
Gənc ulduzun uğur tilsimi davam edir
İtaliya Futbol Federasiyasının yeni prezidenti bəlli oldu
Argentina - Avstriya matçının heyətləri açıqlandı
"Mançester Yunayted" yeni stadion tikir
"Ronaldo əvəzlənməyi qəbul etməlidir"
"Nə etməli olduğumuzu bilirik"
Millimizin gələcək hədəfləri müzakirə olundu
Azərbaycan millisi İngiltərəyə rəqib oldu
Qazaxıstan millisində baş məşqçi istefası
“Qarabağ”ın heyətində kimlər yer alıb? - Siyahı
Alman futbolçu üçün mundial erkən başa çatdı
Uruqvay - Kabo-Verde matçı mundialların tarixinə düşdü
Azərbaycan millisi Tacikistanla qarşılaşacaq
"Qarabağ" iki qapıçı ilə yolları ayırdı - Rəsmi
18 yaşında mundialın ən dəqiqidir
Dokunu tənqid edən aparıcı işdən çıxarıldı
Marko Yankoviç “Qarabağ”da qalır!
Salah Misir millisinin tarixinə düşdü
"İmişli"də ayrılıq
"Sabah"ın rəqibləri məlum oldu
Messinin ən böyük heykəli hazırlandı - Video
"Araz-Naxçıvan"dan növbəti transfer
AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
TFF prezidentindən Montellaya dəstək
Uruqvay qələbəni bu cür əldən verdi - Video
“Turan Tovuz”a görə məyus oldum” - Ruan Renato
"Qarabağ" Avstriyaya yollandı
Fatih Terimdən azarkeşlərə müraciət
Salah yenə ön planda
Yankoviç Superliqa klubunun maraq dairəsinə düşüb
İspaniyanın böyükhesablı qələbəsi - Video
Belçikadan qol buraxmadı, matçın ən yaxşısı seçildi
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”