"Yuventus"un qapıçısı Canluici Buffon Turin klubunun baş məşqçisi və sabiq komanda yoldaşı Andrea Pirlo ilə münasibətindən danışıb.
Qol.az goal.com-a istinadən xəbər verir ki, 43 yaşlı qapıçı özündən 2 yaş kiçik olan baş məşqçisi ilə yaxın dost olduqlarını deyib:
"Pirlo ilə dostluğumuz çox keçmişə dayanır. Mən, Qattuzo və Pirlo 1993-cü ildən dostuq. Dünya kubokunu birlikdə qazanmaq münasibətimizi inanılmaz bir səviyyəyə gətirdi. O kubokun qalibi olmaq bizim aramızda bağ yaratdı.
Pirlo "Yuventus"a transfer olunanda onun məşqini izləyəndən sonra öz-özümə dedim: "Tanrı həqiqətən də var".
Pirlo mənim üçün başqalarının yanında həmişə "Cənab Pirlo" olacaq. Bu klubda ikimizin də fərqli vəzifəsi var. Amma birlikdə harasa gedəndə mən Cici, o isə Andrea olur".
Qeyd edək ki, Pirlo 2011-15-ci illərdə "Yuventus"da oynayıb. Buffon isə 2001-ci ildən çıxış etdiyi komandadan 2018-ci ildə ayrılıb, PSJ-yə getsə də, 1 il sonra yenidən "qoca sinyora"ya qayıdıb. Pirlo ötən ilin yayından "Yuventus"u çalışdırır.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video