"Milan"ın futbolçusu Zlatan İbrahimoviç komandanın sabiq oyunçusu Ronaldo Nazario barədə danışıb.
Qol.az "Discovery+"a istinadən xəbər verir ki, 39 yaşlı hücumçu 44 yaşlı keçmiş forvardın dünyanın ən yaxşı futbolçusu olduğunu deyib:
"Ronaldo haqqında əlavə izah vermək lazım deyil. O, mükəmməl bir oyunçu idi. Mən həmişə demişəm ki, futbol oynayan da var, futboçun özü olan da. Ronaldo futbolun özü idi. Hamı onun kimi oynamaq istəyirdi. İlan kimi hərəkətləri, driblinqi, addımları ilə futbolu tamamilə dəyişirdi. Mənə görə o, futbol tarixinin ən yaxşı oyunçusudur".
Qeyd edək ki, Ronaldo karyerası ərzində "İnter", "Barselona", "Real" kimi komandalarda da çıxış edib. O, 1994-2011-ci illərdə Braziliya millisində oynayıb.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər