“Qarabağ” AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət ünvanlayıb.
Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Məlumatda bildirilir:
"AFFA İntizam komitəsinin 23 fevral 2021-ci il tarixli qərarına əsasən, “Sumqayıt” – “Qarabağ” oyununda 8 nömrəli futbolçumuz Uroş Matiçin formasında adının yanlış qeyd olunduğu əsas gətirilərək, futbol forması standartları pozulduğu üçün “Qarabağ” FK 3000 AZN məbləğində cərimə olunmuşdur. Klubumuz həmin oyunda forma geyinməyən, 1 dəqiqə belə meydanda olmayan Uroş Matiçin forma standartlarının pozulması qərarı və cərimə ilə razılaşmır. “Qarabağ” FK qərarın ləğvi üçün AFFA Apellyasiya Arbitraj Tribunalına İntizam Məcəlləsinin uyğun bəndlərinə əsasən hazırlanmış müraciət ünvanlayıb".
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər