Bu gündən təlim-məşq toplanışına start verən futzal üzrə Azərbaycan millisi martın 4-də Bakıda, 5 gün sonra isə səfərdə Moldova yığması ilə qarşılaşacaq.
Qol.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək hər iki matça hazırlığını Bakı İdman Sarayında reallaşdıran komandanın təcrübəli qapıçısı Emin Kürdov federasiyanın rəsmi saytına açıqlama verib.
O, əvvəlcə Vətən müharibəsində qazanılan qələbəyə toxunub:
“Xalqımızı Vətən müharibəsindəki qələbə münasibəti ilə təbrik edirəm. Şükürlər olsun ki, ərazi bütövlüyümüz təmin edildi, 30 illik işğala son qoyuldu. Buna görə də 2020-ci ili ölkəmiz üçün uğurlu hesab etmək olar. Düzdür, COVİD-19 pandemiyası da ötən ilə təsadüf etdi, amma bu tək bizə deyil, bütün ölkələrinə mənfi təsir göstərdi. Ancaq savaş meydanında qazandığımız qələbə müasir Azərbaycan tarixinin ən şanslı səhifəsi oldu. Bu yolda canını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət, saglamlığını itirmiş qardaşlarımıza isə şəfa diləyirəm. İsti evini soyuq səngərə dəyişən, döyüşlərdə iştirak edən əsgərlərimizə təşəkkür edirəm. Əlbəttə, Vətən, torpaq olan yerdə futzal, futbol sonrakı pillələrdə dayanır. Biz öz sahəmizdə nə qədər qələbələr qazansaq da, savaş meydanında əldə etdiyimiz uğurla heç müqayisə oluna bilməz. Şəhid və qazi analarının qarşısında baş əyirəm”.
Kürdov zala dönüşlərinə sevindikləri qədər ağırlığını da hiss etdiklərini vurğulayıb: “Pandemiya başladıqdan sonra sonuncu dəfə ötən ilin martında meydana çıxmışdıq. Ondan sonra zalların fəaliyyəti dayandırıldı. Təxminən 10 aydan sonra evimiz qədər doğma hesab etdiyimiz zala ayaq basdıq. Bu nə qədər sevindirici olsa da, ağırlığını da hiss edirdik. Açıq havada nə qədər məşq etsək də, zalda hazırlaşmaq tam fərqlidir. Çalışdıq ki, tez uyğunlaşaq”.
Millinin qələbə qazandığı oyunlara da toxunan qapıçı xüsusilə də Slovakiya ilə görüşün çətin keçdiyini bildirib: “Hər iki oyunda qələbə qazansaq da, Slovakiya ilə qarşılaşma daha çətin keçdi. Yunanıstanla onların meydanında üz-üzə gəlsək də, ilk matçla müqayisədə bir qədər rahat oynadıq. Qazandığımız qələbələr reytinq əmsallarına da təsirini göstərdi. Artıq Avropa üzrə beşinci pillədəyik”.
Moldova millisi ilə keçiriləcək oyunların heç də asan olmayacağını deyən Emin, futzalda zəif rəqibin qalmadığını qeyd edib: “Bu oyunlara da hazırlaşırıq. Bu gündən isə toplanışımız başlayır. Məşqlərimizi Bakı İdman Sarayında keçirməyimiz üstünlüyümüzdür. Asan oyun olmayacaq. İndi futzal elə səviyyəyə çatıb ki, zəif rəqib anlayışı qalmayıb. İstənilən halda, qarşımıza maksimum xal qazanmaq tapşırığı qoyulub. Buna nail olmaq üçün səfərbər olacağıq. Qrup mərhələsini birinci pillədə başa vurmalı, Avropa çempionatına birbaşa vəsiqə qazanmalıyıq”.
“Bavariya”dan xal itkisi
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi
Yevlaxda vurulan 4 qol - Video
Azərbaycan millisi İraqa qalib gəldi
Perkons “Zirə” ilə heç-heçəni şərh etdi
"Sumqayıt" - "Sabah": Heyətlər
Rəşad Sadıqov: “Qəribə hadisələr baş verir”
Mərkəzi oyunda qalib müəyyənləşmədi
Millətlər Liqasında 1/4 finalın püşkü atıldı
Azərbaycan millisi ərəblərlə qarşılaşacaq
"Real" Kurtua ilə müqaviləni uzatdı - Rəsmi
PSJ-də yeni müqavilələr olacaq
Azərbaycanın güləş millisi Gürcüstanda çempion oldu
"İmişli" - "Zirə": Heyətlər açıqlandı
Yayda "Liverpul"dan ayrılmaq istəyir
Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
Satışa çıxarılan “Lester”lə bağlı yeni qərar
Dünən əsgər marşı, bu gün azarkeş nidası…
Premyer Liqanın yeni mövsümünün başlama tarixi açıqlandı
“Mançester Yunayted” 4 azarkeşini cəzalandırdı
MLS-in ən çox qazananları
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov