Roys 300-ə çatdı

Roys 300-ə çatdı
XƏBƏR 21 Fevral 2021 / 20:52 1132
-  A +

Bundesliqanın 22-ci turunda “Şalke” ilə səfər matçı Dortmund “Borussiya”sının kapitanı Marko Roys üçün əlamətdar olub.
 
Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Bundesliqada 300-cü oyununa çıxıb.
 
Roys bu matçlarda 130 qol vurub, 85 qolun ötürməsini verib. 
 
Qeyd edək ki, Bundesliqada 2009-cu ildə debüt edən Roys 2012-ci ildən "Borussiya"da çıxış edir. O, Almaniya yığmasının da üzvüdür.

Son xəbərlər
topaz banner