Almaniya millisi “Avro-2020”də uğursuz çıxış etsə belə, baş məşqçisi Yoahim Löv vəzifəsini tərk etməyəcək.
Qol.az “Die Welt”ə istinadən xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının prezidenti Frits Keller məlumat verib.
“Lövün DÇ-2022-nin sonuna kimi müqaviləsi var. Avro-2020-dəki nəticələrdən asılı olmayaraq, onun müqavilənin müddəti bitənə kimi işləməsini istəyirik. Yoahim özü də bunda maraqlıdır. Onun layihələri maraqlıdır”.
Frits Keller bildirib ki, millinin qarşısına qoyulan məqsəd Avro-2020-də yarımfinala çıxmaqdır: “Başa düşürəm ki, bu, iddialı hədəfdir. Amma dünyadakı ən böyük federasiyalardan biri kimi biz komanda qarşısında daha kiçik tələblər qoya bilmərik”.
Xatirladaq ki, Löv 2006-cı ildən Almaniya millisinin baş məşqçisidir.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər