“Barselona” prezidentliyinə namizəd Toni Freyşin komandasında yer alan Luis Karreras Xosep Qvardiolanı kluba qaytarmağa hazır olduqlarını açıqlayıb.
Qol.az xəbər verir ki, o, İspaniya mətbuatına müsahibəsində bildirib: “Düşünmürəm ki, onu dilə tutmağa ehtiyac var. “Barselona”ya qayıtmaq istədiyi gün biz onun ayaqları altına qırmızı xalça sərəcəyik. Hazırda isə komanda üçün ən yaxşı variant Kumandır”.
Qeyd edək ki, “Barselona” prezidentliyinə seçkilər martın 7-də keçiriləcək. Toni Freyş qalib gələcəyi halda Karrerasın klubun yeni direktoru təyin ediləcəyi bildirilir.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər