"Mən dənizə yaxında yaşayıram. Burada temperatur 10 dərəcədir. Azərbaycan tam inkişafda olan ölkədir. Burada çox təbii qaynaq var".
Bu sözləri "Sabah"ın futbolçusu Kevin Kubemba "Actu" nəşrinə açıqlamasında deyib. Azərbaycandakı karyerası ilə bağlı danışan 28 yaşlı hücumçu "Sabah" klubunda heç bir çətinlik çəkmədiyini söyləyib: "Klubumuzda hər şeyimiz var. İngilis dilində danışırıq, tərcüməçimiz var. Komandada daha bir fransalı futbolçu Amadu Diallo da çıxış edir".
Kubemba zədədən qayıdandan sonra baş məşqçi Visente Qomezin ona şans verdiyini vurğulayıb. Fransalı oyunçu daha əvvəl koronavirusa yoluxduğunu da xatırladıb: "Məndə də virus var idi. 7 gün karantində qaldım. Çempionatımız isə davam edir. Hazırda durumumuzu düzəltmək istəyirik".
Qeyd edək ki, Kevin Kubemba 2019-cu ildən "Sabah"da çıxış edir.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər