"Qarabağ" futbolçusu Kevin Medinanı cəzalandırıb.
Qol.az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib. O, Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi"yə 1:2 hesab ilə uduzduqları matçda birbaşa qırmızı vərəqə alan kolumbiyalı oyunçuya cəza verdiklərini bildirib:
"Qarşıdakı oyunlarda qalib gəlsək, mükafat almayacaq. Hərəkətindən çox narazı qaldım. Bu cür təcrübəli futbolçu belə səhvlər etməməlidir".
Qeyd edək ki, Medina görüşün 73-cü dəqiqəsində rəqib oyunçu Mamadu Kaneni kəllə ilə vurub. Bu, oyunun rəsmi protokolunda təcavüzkar davranış kimi qeyd edilib. Sözügedən hərəkətinə görə, o, 4 oyunluq cəzalandırılıb.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər